İrimiqyaslı sənaye, tikinti, infrastruktur və logistika layihələrində Təchizat, Satınalma və Mal-Material Uçotu üzrə zəngin təcrübəyə malik mütəxəssis. Təchizat zəncirinin fasiləsiz idarəsi, tədarükçü bazasının genişləndirilməsi, xammal və tikinti materiallarının (armatur, beton, FMV, sendviç panel, tol, XPS, taxta, dikt və xüsusi texnikalar) operativ təmini və maliyyə şərtlərinin optimallaşdırılması sahəsində mühüm nəticələr əldə etmişəm. Təchizatçılarla strateji danışıqların aparılması, müqavilələrin bağlanması, borc portfelinin və anbar-logistika zəncirinin dəqiq uçotu vasitəsilə maliyyə risklərinin sıfırlanmasına cavabdeh olmuşam.
İnsanlara qarşı hörmət və nəzakətli davranışım sayəsində hər kəslə çətinlik çəkmədən peşəkar ünsiyyət qura bilirəm. Sıx iş qrafiki zamanı belə sakit və məntiqli düşünmə qabiliyyətimi qoruyur, qarşıma qoyulan işi sonadək dəqiqliklə yerinə yetirirəm. Dəqiqlik, dürüstlük, məsuliyyət və səliqəli görünüş mənim üçün əsas iş prinsipləridir. Təchizat-maliyyə zənciri üzrə təcrübəm sayəsində şirkətinizin fəaliyyətinə əlavə dəyər qatacağıma əminəm.
Azərbaycan Dövlət İqtisad Universiteti-Maliyyə və Kredit
Təfəkkür Universiteti-Jurnalistika
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakultəsini bitirməklə maliyyə sistemini dərindən mənimsəmiş və nəzəri biliklər əldə etmişəm. Əldə etdiyim bilikləri iş praktikasında daha da gücləndirib, maliyyə sahəsində yeni məlumatlar qazanmışam.
Təchizat, Satınalma, Logistika və Material Uçotu üzrə Mütəxəssis
"Texno Global" MMC (Nərimanov, Bakı) | 09.04.2025 – 31.10.2026
▪ Təchizat Zənciri və Logistika İdarəetməsi: Tikinti layihələrinin iş qrafikinə uyğun olaraq tikinti materiallarının (armatur, beton, FMV, sendviç panel, tol, XPS, taxta, dikt və s.) və xüsusi texnikaların (avtokar, avtosəbət, avtokran, bekolayder, vərdənə) satınalmasını, təchizatçıdan tikinti sahəsinə vaxtında, təhlükəsiz və fasiləsiz daşınma təminatını koordinasiya etmişəm.
▪ Materialların Sahəyə Çatdırılması & Qəbulu: Nəqliyyat və yükləmə-boşaltma proseslərinə nəzarət etmiş, sahəyə daxil olan mal-materialların miqdarını, müşayiətedici sənədlərini (qaimələr, təhvil-təslim aktları) və texniki spesifikasiyalara uyğunluğunu yoxlayaraq qəbulunu tənzimləmişəm.
▪ Tədarükçülərlə Danışıqlar & Müqavilələr: Təchizatçılarla kommersiya danışıqları aparmış, müqavilələr bağlamış, qiymət optimizasiyası və əlverişli ödəniş müddətləri təmin etmişəm.
▪ Material Uçotu & Layihələr: Pepsi anbarları, Azərtexnolayn, AAC Gobustone, Azergold QSC, LLS anbar/ofis təmiri, ZTP-Cəbrayıl-Azərsun metal-konstruksiya, Kolin İnşaat, Azersun GES panelləri (Sumqayıt, Tovuz, Biləsuvar), ATS Food Çörəkçi (Sumqayıt, Şəmkir) layihələri üzrə material uçotunu 50+ alt-kateqoriyada idarə etmişəm.
▪ Kreditor Borcların Analitikası & Hesabatlılıq: 5.000.000 AZN-dən artıq təchizatçı borc portfelinin və xərclərinin Excel bazasını sıfırdan qurmuş, rəhbərlik üçün real vaxt rejimində layihə xərclərini və pul axınını göstərən baza hesabatlar təqdim etmişəm.
▪ Logistika Hesabatlığı & Audit: “Azeronline LTD” layihəsi üzrə 2 illik (2024-2026) daşınma, avtokar, fəhlə xidmətlərinin operativ uçotunu tutmuş və qarşı tərəflə rəsmi üzləşmələr aparmışam.
• Sahə Xərcləri və Təhvil-Təslim Aktları: Sahə rəislərinin və təchizatçıların xərclərini audit etmiş, şirkəti maliyyə risklərindən sığortalamaq üçün rəsmi Təhvil-təslim aktları tərtib etmişəm.
Kompüterləşdirilmiş Tərəzi, Xammal və Logistika üzrə Nəzarətçi
Elm və Təhsil Nazirliyi Yüksək Texnologiyalar Parkı | 03.10.2022 - 06.04.2025
• Əraziyə daxil olan xammal və yanacaq daşıyan xüsusi nəqliyyat vasitələrinin (benzin, dizel, fleqma, yağlar) "Kobastar" proqramı vasitəsilə avtomobil tərəzisində dəqiq çəki uçotunu aparmışam.
• Logistik hərəkət göstəricilərinin və tərəzi qaimələrinin elektron sistemdə hesabatlığını təmin etmişəm.
Servis Administratoru / Satınalma və İcarə Təminatı
"Evro Servis" (Volvo Servis Mərkəzi) | 01.04.2019 - 23.07.2022
• Servis daxilində fəaliyyət göstərən təchizatçı və icarədar fərdi sahibkarlarla müqavilələrin tənzimlənməsi, təhvil-təslim aktlarının və hesab-fakturaların hazırlanması.
• Material və xidmət təminatı prosedurlarının tam icrası və hesabatlılığı.
Kommersiya, Təchizat və Satış Meneceri
"Dekor Aləmi" Mağazası | 08.05.2014 - 10.10.2017
• Mağazanın ümumi təchizat, satınalma, anbar uçotu və pərakəndə satış fəaliyyətinin idarə olunması.
• Təchizatçılarla əlaqələrin qurulması və məhsul çeşidlərinin yenilənməsi.
Anbar Uçot Mühasibi / Əməliyyatçı
"Azərpoçt" MMC | 02.08.2010 - 07.10.2011
• Gündəlik anbar mal-materiallarının say uçotunun aparılması, saxlanılması və qaimə-fakturalar əsasında filiallar/şöbələr üzrə çeşidlənərək paylanılması.
✓ Təchizat & Satınalma İdarəetməsi
✓ Təchizat Logistikası & Çatdırılma
✓ Tədarükçü Danışıqları & Müqavilələr
✓ Material & Sahə Daşınma Təminatı
✓ Material & Maya Dəyəri Uçotu
✓ Kreditor Borcların Analitikası
✓ QRP və Təhvil-Təslim Aktlarının hazırlanması və üzləşdirilməsi
Kompüter bilikləri:
MS EXCEL
Yüksək / İrəliləmiş (Təchizat & Borc Hesabatları)
MS OUTLOOK
Korporativ e-poçt idarəçiliyi, rəsmi yazışmalar
MS WORD
Müqavilələr, Təhvil-təslim aktları, Sənədləşmə
KOBASTAR
Tərəzi və Avto-Çəki Proqramı
ƏMƏLİYYAT SİSTEMLƏRİ
Windows (7, 8, 10, 11) & İnternet Resursları
KURS VƏ SERTİFİKATLAR
"İNAM İNTELLEKTUAL İNKİŞAF MƏRKƏZİ"
Kompüter texnologiyasının əsasları (Sertifikat)
AR FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ
Mərkəzi Mülki Müdafiə kursları sertifikatı
DİL BİLİKLƏRİ & HƏRBİ
AZƏRBAYCAN DİLİ
Ana dili
TÜRK DİLİ
Sərbəst
RUS DİLİ
İşgüzar / Orta
HƏRBİ XİDMƏT
Tamamlanıb (AR FHN Mülki Müdafiə Qoşunları)